Logo

BAAU-nun tələbəsi "Ayrılmadı könül candan!” adlı hekayə və esse inşa müsabiqəsində ilk onluğa düşüb

30.05.2022 08:56 827 baxış
IMG

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin Filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsinin yekun tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, mərkəzin kollektivi, münsiflər heyətinin üzvləri və tələbələrin də iştirak etdiyi tədbirdə Mərkəzin direktoru, professor Sevinc Əliyeva çıxış edərək, hekayə, esse müsabiqələrinin Filologiya və jurnalistika fakültələrinin tələbələri arasında keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı, onların Azərbaycan dilinin zənginliklərindən faydalanmaqla öz bilik, bacarıqlarını və  yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək baxımından da xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırıb. 

Qaliblər mükafatlandırıldıqdan sonra müsabiqəyə göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə ətraflı məlumat verilib. Mərkəzin şöbə müdiri,dosent Şahlar Məmmədov daxil olmuş 53 esse və hekayədən paramertlərə uyğun gələn 10 yazının müəllifinin qalib kimi seçildiyini nəzərə çatdırıb.

Tədbirdə münsiflər heyətinin üzvləri də çıxış ediblər.

Mərkəzin şöbə müdiri,dosent Şahlar Məmmədov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəminə Məmmədova, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin üzvü Sima Cəfərova, Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının baş müəllimi Zəminə Rüstəmbəyli- çıxışlarında gənc nəslin yazı müsabiqələrində fəal iştirakını,ana dilinə münasibətin və vətən sevgisinin parlaq təzahürü kimi dəyərləndirərək, bu kimi müsabiqələrin tələbələrdə tədqiqatçılıq bacarığını formalaşdıracağını da qeyd ediblər.

Xəbər lenti